"Napoli" futbolçusu Xviça Kvaratsxeliya ilə müqavilənin müddətini uzatmaq istəyir.

Rekord.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Neapol təmsilçisi gürcü hücumçunun illik 1,2 milyon avroluq maaşını iki dəfə artırmaq niyyətindədir.Yeni müqavilənin 2028-ci ilin yayına qədər qüvvədə olacağı gözlənilir.

Qeyd edək ki, Kvaratsxeliya 2022-ci ilin yayından "Napoli"də oynayır. O, A Seriyasında 12 oyun keçirib, 6 qol vurub və 5 qolun ötürməsini verib.