
Müller millidən getmir
- 10 Yan 2023 13:41
- 373
"Bavariya"nın futbolçusu Tomas Müller Almaniya millisindəki çıxışını davam etdirəcək.
Rekord.az xəbər verir ki, DÇ-2022-də Kosta-Rika ilə oyundan sonra verdiyi açıqlamada yığmadakı son matçına çıxdığını deyən 33 yaşlı hücumçu qərarını dəyişdiyini bildirib.
O, "Bavariya"nın rəsmi saytına açıqlamasında deyib: “Maçdan sonra əsəbiləşdim, kədərli an idi. İndi mən bu barədə düşündüm və yığmanın baş məşqçisi Hansi Fliklə fikir mübadiləsi apardım. Nə qədər ki, peşəkar futbolçuyam, milli komandada həmişə hazır olacağam".
Xatırladaq ki, Almaniya millisi DÇ-2022-də qrupdan çıxa bilməyib. Müller Almaniya millisinin tərkibində 2014-cü ildə dünya çempionu adını qazanıb.