MS ÇL-də son 14 ev matçında ilk dəfə Almaniya komandasına uduzdu
- 16:20
- 20
İngiltərənin "Mançester Siti" klubu UEFA Çempionlar Liqasında son 14 ev matçında ilk dəfə Almaniya komandasına uduzub.
Rekord.az xəbər verir ki, bu, liqa mərhələsinin 5-ci turunda ötən gün baş tutan "Bayer" (0:2) ilə matçda reallaşıb.
Mançester təmsilçisi sonuncu dəfə 2013-cü ildə Xosep Qvardiolanın rəhbərlik etdiyi "Bayern"ə məğlub olmuşdu. Həmin vaxtdan bəri İngiltərə klubu Almaniya komandalarına qarşı keçirdiyi oyunlarda 13 qələbə qazanıb.
UEFA Çempionlar Liqasının finalı mayın 30-da Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək. Turnirin son qalibi Fransanın PSJ klubudur.