Joze Mourinyonun "Roma"ya baş məşqçi təyinatı "Tottenhem"in büdcəsinə qənaət etməsinə səbəb olub.

Rekord.az "The Telegraph"a istinadən xəbər verir ki, İngiltərə klubu 58 yaşlı mütəxəssisi müqaviləsi başa çatmamış istefaya göndərdiyi üçün sözləşmə bitənə qədər - 18 ay müddətində ona təzminat ödəməli idi.

Buna əsasən, London təmsilçisi Mourinyo üçün təqribən 16 milyon avro xərcləməli idi. Lakin çalışdırıcının "Roma"ya baş məşqçi təyin olunması "Tottenhem"i 1 illik təzminat ödəməkdən xilas edəcək. Mourinyonun “Roma” ilə rəsmi müqavilə imzalayacağı gündən bu təzminat maddəsi qüvvədən düşəcək. Bu isə klubun 13 milyon avro qənaət etməsinə səbəb olub. 

Qeyd edək ki, Mourinyo "Tottenhem"dən ötən ay istefaya göndərilib. O, "Roma" ilə 3 illik müqavilə imzalayıb.