
Mourinyo: "Bizə Konfrans Liqasını yenidən qazanmaq lazım deyil"
- 03 Noy 2022 16:16
- 415
"Roma"nın baş məşqçisi Joze Mourinyo qarşıya qoyduqları məqsədlər barədə danışıb.
Rekord.az "Football İtalia"ya istinadən xəbər verir ki, mütəxəssis Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Lüdoqorets"lə matçdan öncə deyib:
"Lüdoqorets"ə qalib gəlməsək, Konfrans Liqasına düşəcəyik. Bunu həqiqətən də istəmirik. Biz Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq istəyirik. Ona görə də bizə yalnız bir nəticə uyğun olacaq. Biz bilirik ki, risk etməliyik. Bizə Konfrans Liqasını yenidən qazanmaq lazım deyil. Çempionlar Liqasının qalibi ola biləcək komandalarla qarşılaşa biləcəyimiz Avropa Liqasının pley-off mərhələsində oynamaq istəyirik. Bizim nail olmaq istədiyimiz budur".
Qeyd edək ki, "Roma" hazırda C qrupunun turnir cədvəlində 7 xalla 3-cüdür. Komanda pley-offa adlamaq üçün eyni xalı olan, 2-ci yerdəki "Lüdoqorets"ə qalib gəlməlidir. Görüş sabah İtaliyada keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Xatırladaq ki, ötən mövsüm tarixdə ilk dəfə keçirilən Konfrans Liqasının çempionu "Roma" olub.