Millətlər Liqasında ardıcıl 3 qələbə qazanmaqla azarkeşləri sevindirən yığma son iki yoxlama görüşünü də qalib başa vurmağı bacardı.

Rekord.az xəbər verir ki, noyabrın 16-da Kişinyovda Moldovanı (2:1) yenən Canni de Byazinin çalışdırdığı komanda 4 gün sonra, daha dəqiq desək, 20-də Skopyedə Şimali Makedoniyanı (3:1) məyus etdi.

Maraqlıdı, yığmanın uğurlu nəticələri AFFA rəhbərliyi tərəfindən qiymətləndiriləcək? Daha doğrusu, yoxlama görüşlərində qazanılan qələbələrə görə ölkənin bir nömrəli komandasının şərəfini qoruyanalara mükafat nəzərədə tutulub?

Bu suala cavab tapmaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. Assosiasiya rəsmisi sualımıza qısa və konkret cavab verdi:
 

“Millinin bütün heç-heçə və qələbələri üçün mükafat nəzərdə tutulub”. ("Futbol plus")