Novruz Əzimovun çalışdırdığı Moldovanın "Dinamo-Avto" yaxşı günlərini yaşamır.

Rekord.az xəbər verir ki, bu üzdən klub rəhbərliyinin dəyişməsi gündəmdədi. Belə olan halda baş məşqçinin taleyi necə olacaq? Bu suallara aydınlıq gətirmək üçün Novruz Əzimovla əlaqə saxladıq.

 

Onun "Football-plus.az" saytına açıqlaması belə oldu: "Klub rəhbərliyinin dəyişməsiylə bağlı deyilənlər söz-söhbətdi. Elə bir dəyişiklik yoxdu və gözlənilmir. Hazırda bir oyunumuz qalıb, ona hazırlaşırıq. Noyabrın 9-da 14-cü tur çərçivəsində son matçımızı keçirərək qış fasiləsinə yollanacağıq. Vəziyyətimiz yaxşı deyil. Onsuz da çempionata -4 xalla başlamışdıq, növbəti oyunlarda da məğlub olduq. Qarşımıza qoyulan məqsəd 6-cı yeri tutmaq idi. Hazırda turnir cədvəlində sonuncuyuq. Əsas məqsədimiz komandanın elitada yerini təmin etməkdi. Moldova çempionatında 7-8-ci yerləri tutan komandalar aşağı liqadan gələnlərlə pley-off oyunları oynayır. Daha çox gənclərə şans veririk. Qış fasiləsində daha yaxşı hazırlaşmağa və növbəti dövrədə bütün gücümüzü ortaya qoymağa çalışacağıq".