Növbəti mövsüm Premyer Liqada komanda sayının artımı məsələsinin müzakirəsi zamanı MOİK-in də adını çəkənlər var. Çünki həm komanda hazırda I Divizionda liderlərdən sayılır, həm də 44 günlük zəfərdən sonra çoxları Milli Ordunu təmsil edən MOİK-in Premyer Liqada oynamasını vacib sayır.

 

Lakin Rekord.az-a daxil olan məlumata görə, "hərbçilər"in elitaya gəlişi demək olar ki, real deyil.

 

Səbəb isə Müdafiə Nazirliyinin hazırkı dönəmdə futbolu arxa plana keçirməsidir.