İllərdi Premyer Liqaya həsrət qalan MOİK-ın əsas problemi məlum olub. 

Rekord.az xəbər verir ki, bu problem heç də maliyyə ilə bağlı deyil.

Çünki AFFA və Müdafiə Nazirliyi müəyyən büdcə ayırmaqla bağlı bir neçə dəfə danışıq aparıblar. Bununla bağlı etibarlı mənbədən saytımıza məlumat daxil olub. Əsas problem infrastrukturla bağlı olub. Çünki MOİK-in nə stadionu, nə də bazası var. Komanda ev oyunlarını cüzi icarə qarşılığında Binədə keçirir. Bu infrastruktur isə lisenziyalaşdırmanın Premyer Liqa hissəsinə cavab vermir. Ona görə də "hərbçilər" qeyri-müəyyən müddətə Premyer Liqa məsələsini qapadıblar.