
Modriç milli ilə bağlı qərarını verdi
- 20 Sen 2022 16:45
- 447
Xorvatiya millisinin həkimi Zoran Baxtiyaroviç "Real"ın yarımmüdafiəçisi Luka Modriçin Avro-2024-ə qədər millidə qalmağa qərar verdiyini açıqlayıb.
Rekord.az Xorvatiya Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, 37 yaşlı yarımmüdafiəçi ilə bağlı deyib: "Otuz ildir burada işləyiram. Planım Luka və yaşlı nəsil milli komanda ilə vidalaşanda ayrılmaq idi. Modriç Avro-2024-ə qədər qalmaq qərarına gəlib və bunu gözləmək çətin olacaq. Bununla belə, mən artıq məşqçi ilə razılaşmışam ki, onlar mənim üçün Qətərdən bir medal saxlaya bilərlər”.
Qeyd edək ki, Baxtiyaroviç 1992-ci ildən Xorvatiya millisində çalışır. O, bundan sonra UEFA-nın tibb departamentinin rəhbəri vəzifəsini icra edəcək.
Əlavə edək ki, Modriç 2006-cı ildən Xorvatiya millisində oynayır və hazırda yığmanın kapitanıdır.