Misir yığması Zimbabve millisi ilə matçda qapıya 35 zərbə endirib və 8 qol imkanı yaradıb.


Rekord.az xəbər verir ki, bu barədə "OptaJean" "X" sosial media platformasında bildirib.


Qeyd edilir ki, hər iki rəqəm 2010-cu ildən bəri Afrika Millətlər Kuboku matçı üçün ən yüksək göstəricidir.


Afrika Millətlər Kubokunun qrup mərhələsinin ilk oyun günündə Misir yığması Zimbabveni 2:1 hesabı ilə məğlub edib. Hücumçu Məhəmməd Salah 90+1-ci dəqiqədə fərqlənərək Misirin qələbə qoluna imza atıb.


B qrupundakı digər iki komanda Cənubi Afrika Respublikası və Anqoladır. Qrupda 2-ci və 3-cü turların oyunları 26 və 29 dekabrda keçiriləcək.