"Mircavadov "Neftçi"ni atıb "Xəzər Lənkəran"a gedən adamdır".

Rekord.az xəbər verir ki, bunu "report"a açıqlamasında "Forza Neftçi" azad azarkeş qrupunun rəhbəri Sübhan Əliyev AFFA Məşçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun bəzi futbolçuların "Neftçi"də oynamağa layiq olmadıqları barədə fikirlərinə münasibət bildirərkən deyib.

O, vaxtilə "ağ-qaralar"ın baş məşqçisi olmuş 75 yaşlı mütəxəssisi sadiq insan kimi tanımadığını söyləyib:

"Bunu Ağasəlim müəllimin deməyinə gərək də yoxdur. Amma yenə də Azərbaycan futbolunda məşqçi olub

Onun kimi mütəxəssislər "Neftçi" üçün rəy bildirməsələr, daha gözəl olur. Özümüz hər şeyi görürük.

Qış fasiləsində alınan futbolçulara ümidlərimiz böyükdür. İnanırıq ki, nəsə edə bilərlər. Hələlik gözləmə mövqeyindədyik".