"Kəpəz"in baş məşqçisi postuna namizıd göstərilən Mirbağır İsayev məsələyə münasibət bildirib.

Rekord.az-a açıqlama verən mütəxəssis çox uzun danışmağa ehtiyac görmədi: "Diqqət göstərdiyiniz üçün təşəkkür edirəm. Lakin mənə hələ ki, "Kəpəz klubundan hansısa dəvət, zəng gəlməyib. Əgər dəvət yoxdursa, o klub haqda nə isə demək, fikir bildirmək etik çıxmaz".


İsayev "dəvət olarsa, "Kəpəz"i bu durumdan çıxarmaq mümkün olarmı?" sualına isə belə cavab verdi: "Bu haqda yalnız müqavilə bağlayandan sonra danışmaq olar".