
Mingəçevirli iş adamlarından "Energetik"ə dəstək FOTO
- 08 Fev 2022 15:00
- 1019
"Region Liqası"nın son turunda evdə Qazax "Göyəzən"ni 5:0 hesabı ilə məğlub edən "Energetik" futbolçuları mükafat alıb.
Rekord.az xəbər verir ki, mükafat bir qrup yerli iş adamı tərəfindən verilib.
Belə ki, qarşılaşmanı canlı izləyən Vüqar Qədimov, Mais Yusibov və Arif Babayev adlı iş adamları matçdan sonra paltardəyişmə otağına gələrək futbolçuları təbrik edib və pul mükafatını təqdim edib.