"Mingəçevir"də yeni baş məşqçi
- 20 Dek 2022 14:00
- 1419
"Mingəçevir" komandasında yeni baş məşqçi təyinatı gerçəkləşib.
Rekord.az xəbər verir ki, Şəhruz Mustafayev bundan sonra "Mingəçevir"in baş məşqçisi vəzifəsini icra edəcək.
Qeyd edək ki, Mustafayev mingəçevirlidir və Mingəçevir məktəbinin yetirməsidir. Vaxtı ilə "Kür nur"da da çıxış edib. Eyni zamanda "Şəmkir", "Kəpəz", "MKT Araz", "Qəbələ" kimi klublarda da forma geyinib.