
Mingəçevir stadionunun tribunalarında işlər niyə yubanır?
- 26 İyl 2022 14:00
- 561
Növbəti mövsümdən I Divizionda mübarizə aparacaq "Mingəçevir"in ev oyunlarını keçirəcəyi Mingəçevir şəhər stadionunda təmir işləri davam edir.
Lakin Rekord.az xəbər verir ki, yeni mövsümün startına 1 aydan da az vaxt qalmasına baxmayaraq, bəzi işlər hələ də ləngiyir.
Konkret olaraq tribunalardakı oturacaqların yenilənməsi prosesinə hələ də başlanılmayıb. Səbəbinə gəlincə, əldə etdiyimiz məlumata görə, Gənclər və İdman Nazirliyi Mingəçevir stadionu üçün ilkin mərhələdə 2000 ədəd oturacaq vəd verib. Vədə görə oturacaqlar iyul ayının əvvəllindən Mingəçevirdə olmalı idi. Lakin ayın sonuna gəlsək də, oturacaqlar hələ də gəlib çıxmayıb. Buna görə, tribunaların yenilənməsi prosesi də yubanır.