Yaşar Məmmədzadə adına Mingəçevir mərkəzi şəhər stadionunda təmir-bərpa işləri davam etdirilir.

Rekord.az futbolinfo.az-a istinadla xəbər verir ki, yararsız vəziyyətdə olan tribunalara əl gəzdirilib və Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən komandaya hədiyyə olunan 2000 plastik oturacağın quraşdırılmasına başlanılıb.

Artıq 1000-ə yaxın plastik oturacaq stadionun əsas tribunasına quraşdırılıb.

Qeyd edək ki, yaxın 10-gün ərzində sınıq-salxaq vəziyyətdə qalan oturacaqlar da tam şəkildə yenilənəcək.