Futbol üzrə İspaniya yığmasının yeni baş məşqçisi Luis de la Fuentenin bu posta təyinatı rəsmiləşib.

Rekord.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

61 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Lakin federasiya prezidenti yeni baş məşqçinin təqdimat mərasimində onun bu postda daha uzun müddət qalacağına inandığını bəyan edib.

Xatırladaq ki, Luis de la Fuente bir neçə gün öncə istefa vermiş Luis Enrikeni əvəz edib. Hansı ki, onun istefasına İspaniya millisinin Qətərdə təşkil olunmuş dünya çempionatında mübarizəni 1/8 finalda dayandırması səbəb olub.