Millinin formaları “Puma” mağazalarında
- 22 Dek 2025 23:20
- 31
Azərbaycan milli komandasının rəsmi formaları “Puma” mağazalarında satışa çıxarılıb.
Rekord.az xəbər verir ki, bununla bağlı bu gün “Crescent Mall”da yerləşən “Puma” mağazasında təqdimat tədbiri keçirilib.
Tədbirdə kişilərdən ibarət milli komandamızın üzvləri Rza Cəfərov, Elvin Cəfərquliyev və qadınlardan ibarət millimizin futbolçusu Manə Mollayeva iştirak ediblər. Oyunçular azarkeşlərlə görüşüb, onlara avtoqraf verib, xatirə şəkilləri çəkdirib və tədbir barədə fikirlərini bölüşüblər.
Bundan sonra milli komandanın formaları bu ünvanlarda satışda olacaq:
• “Crescent Mall”, “Puma” mağazası
• Səməd Vurğun 18A, “Park Center” ticarət mərkəzi, “Puma” mağazası