Futbol üzrə Niderland çempionatında 9-cu turun oyunları keçirilir.


Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Volendam" səfərdə “Utrext”lə qarşılaşıb.


Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Kökçü bu görüşdə 82 dəqiqə oynayıb.


"Volendam” Erediviziyada 9 oyuna 7 xalla turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.