Futbol üzrə Niderland çempionatında 10-cu turun oyunları keçirilir.


Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi "Volendam" evdə “Utrext”lə qarşılaşıb.


Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kökçü bu görüşün ilk hissəsində meydanda olub və fasilədə əvəzlənib.


"Volendam” Erediviziyada 10 oyuna 10 xalla turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.