
Millimizin üzvü Finlandiya klubundan ayrıldı
- 04 May 2025 17:30
- 44
Azərbaycan milli komandasının üzvü Ozan Can Kökcü Finlandiyanın HJK klubundan ayrılıb.
Rekord.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi öz istəyi ilə Helsinki təmsilçisini tərk edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Ozan Can Kökcü mövsümün əvvəlində HJK-yə keçmişdi. O, bu müddətdə komandanın heyətində meydana çıxdığı 26 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.