"Bu qərarı gözləyirdim".

Rekord.az xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında gənc mütəxəssis Kənan Kərimov Premyer Liqada yeni mövsüm üçün klub sayının artırılmamasına münasibət bildirərkən deyib.

Veteran hücumçu bunun günahını federasiyada görür: "Neçə ildi AFFA insanları aldadır. Camaatın başının altına yastıq qoyub, yekunda da öz bildiklərini edirlər. Görünür, nə Azərbaycan futbolunun inkişafın istəyirlər, nə də bölgə klublarının Premyer Liqada iştirak etməsini".

Millimizin sabiq üzvü bu halın gənc məşqçilər üçün də problem olduğunu düşünür: "Əlbəttə, bu gənc məşqçilər üçün də mənfi haldı. Gənc mütəxəssis gedib harda işləməlidir? Klubların sayı çox olmalıdır ki, bizim kimi mütəxəssislər də gedib işləyə bilsin. Bu gedişlə gələcəyi də qaranlıq görürəm. Nə qədər ki, federasiya dəyişməsə belə də davam edəcək. Bizim kimi mütəxəssislər də çöldə qalacaq".