
Millimizin rəqibləri müəyyənləşdi
- 23 Okt 2025 22:30
- 43
"Ər-Riyad 2025" İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilən futzal yarışının bu gün püşkü atılıb.
Rekord.az xəbər verir ki, reqlamentə əsasən iştirakçı 8 komanda hər birində 4 iştirakçı olmaqla 2 qrupa bölünüb.
Azərbaycan millisi A qrupunda Səudiyyə Ərəbistanı, Özbəkistan və Liviya ilə mübarizə aparacaq. B qrupunda isə Mərakeş, Əfqanıstan, Tacikistan və İran yer alıblar.
Qrup mərhələsinin oyunları noyabrın 4-də, 6-da və 8-də olacaq. İlk iki pilləni tutan millilər yarımfinala vəsiqə qazanacaq. Bu mərhələnin görüşləri noyabrın 9-da baş tutacaq. Qızıl, gümüş və bürünc medalçıların adlarına isə 2 gün sonra – noyabrın 11-də keçiriləcək.