Millimizin müdafiəçisi Cənubi Koreyada ayın oyunçusu seçilə bilər
- 08 İyn 2023 15:30
- 365
Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk hazırda çıxış etdiyi Cənubi Koreyanın “Daejeon" komandasında may ayının ən yaxşı futbolçusu seçilə bilər.
Rekord.az xəbər verir ki, 25 yaşlı müdafiəçi bu ada namizəd göstərilən üç oyunçudan biridir.
Qalib azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək.
Krivotsyuk Cənubi Koreya komandasına bu ilin fevralında Polşanın "Visla" (Plotsk) klubundan keçib.