Millimizin İslam Həmrəyliyi Oyunlarındakı matçlarının təqvimi müəyyənləşdi
- 15:20
- 36
Azərbaycan futzal millisinin Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda təşkil olunacaq VI İslam Həmrəyliyi Oyunlarında keçirəcəyi matçların təqvimi müəyyənləşib.
Bu barədə Rekord.az-a Futzal Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
A qrupunda yer alan komanda noyabrın 4-də Liviya, 6-da Özbəkistan, 8-də isə Səudiyyə Ərəbistanı yığmaları ilə qarşılaşacaq.
Qrupda ilk 2 yeri tutacaq komanda yarımfinala vəsiqə qazanacq. Bu mərhələnin görüşləri noyabrın 9-da baş tutacaq. Qalib və bürünc medalçının adına isə noyabrın 11-də aydınlıq gətiriləcək.