Türkiyə çempionu “Başakşəhər” futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Rekord.az xəbər verir ki, İstanbul təmsilçisinin 24 futbolçudan ibarət siyahısında Azərbaycanın U-21 millisinin üzvü Emre Kaplan da var.

Qeyd edək ki, "Başakşəhər" H qrupunda Fransanın PSJ, İngiltərənin "Mançester Yunayted" və Almaniyanın "Leypsiq" komandaları ilə mübarizə aparacaq.