Millimizdən qol buraxdı, 90 ildən sonra tarixə düşdü
- 15:30
- 31
Fransa millisinin qapıçısı Luka Şevalyenin DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə oyunda buraxdığı qol tarixə düşüb.
Rekord.az xəbər verir ki, o, 90 ildə yığmada debüt matçında qapısında ən tez top görən oyunçudur.
Renat Dadaşov qarşılaşmanın 4-cü dəqiqəsində 24 yaşlı qolkiperi məyus edib.
Son olaraq Rene Lyense 90 il əvvəl, 1935-ci ildə debüt görüşündə eyni dəqiqədə qol buraxıb.
Qeyd edək ki, Fransa yığması oyunda 3:1 hesabı ilə qalib gəlib.