Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində yoxlama oyunu keçirib.

Rekord.az xəbər verir ki, Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilmiş oyun 2:2 hesabı ilə başa çatıb. 

Millimizin heyətində Murad Məmmədov və Niyazi Osmanov fərqlənib. Bu komandalar arasında növbəti oyun iyulun 29-da keçiriləcək.