
Millimiz Ukrayna klubuna məğlub oldu
- 07 Fev 2022 13:30
- 446
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq prosesi çərçivəsində ikinci yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, Ukraynanın "Rux" (Lvov) klubunun ikinci komandasına qarşı keçirilən qarşılaşma millimizin minimalhesablı məğlubiyyəti ilə nəticələnib – 0:1.
Xatırladaq ki, toplanış çərçivəsində fevralın 2-də İraq U-20 millisinə qarşı keçirilən ilk yoxlama oyunu 2:2 hesabı ilə yekunlaşmışdı.