
Millimiz Latviya və Malta ilə yoxlama oyunları keçirəcək
- 07 Fev 2022 17:30
- 597
Futbol üzrə Azərbaycan milli komandası mart ayında iki yoxlama oyunu keçirəcək.
Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Millimiz martın 25-də Malta, martın 29-da isə Latviya yığması ilə qarşılaşacaq.
Hər iki oyun Maltada (National Stadium) keçiriləcək və müvafiq olaraq, yerli vaxtla saat 19:00 və 13:00-da (Bakı vaxtı ilə saat 22:00 və 16:00) başlayacaq.