21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi iki yoxlama görüşü keçirəcək.

Rekord.az AFFA-ya istinadən xəbər verir ki, komanda yanvarın 11-dən 17-dək Bakıda təlim-məşq toplanışında olacaq.

Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq hazırlıq çərçivəsində U-21 iki yoxlama oyununda qüvvəsini sınayacaq.

Yanvarın 16-da "Səbail", 17-də isə "Şamaxı" ilə qarşılaşmalar planlaşdırılıb.

Toplanış üçün heyətə 24 futbolçu dəvət olunub.

Nr.Adı / SoyadıKlub
1Səlim HəşimovŞamaxı
2Rəvan MirzəmmədovSabah
3Sadiq MəmmədzadəDifai
4Emin RüstəmovSəbail
5Elgün DünyamaliyevCəbrayıl
6Raul MəmmədovKəpəz
7Tuncay Yusifliİmişli
8Səttar TahirzadəMarcet (İspaniya)
9Bilal İsmayılovŞamaxı
10Rüfət TahirovDifai
11Hacıəli ŞirəliyevDifai
12Okan TəhmazlıZaqatala
13Elcan ƏbilovKəpəz
14Cəfər MuxtarovSabah
15Elyas BağciHertha BSC (Almaniya)
16Raul SüleymanovHertha BSC (Almaniya)
17Emil SüleymanovŞamaxı
18Qurban SəfərovMingəçevir
19Xəyyam MəmmədliBaku Sporting
20Həsən NərəzliAnkaragücü (Türkiyə)
21Elmar MəmmədovMOİK
22Nihat MehrəliyevŞamaxı
23Şaxmar AşurovKəpəz
24Davud MənsumovŞamaxı