Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib.


Rekord.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 1142.25 xalla 123-cü pillədə qərarlaşıb.


Komanda əvvəlki siyahıda 1148,09 xalla 124-cü idi.


Yığma bu ay DÇ-2026-nın seçmə mərhələsində səfərdə Fransaya 0:3, Ukraynaya isə 1:2 hesabı ilə uduzub.


Azərbaycan millisinin irəliliməsi 124-cü olan Toqo seçməsinin dörd sıra geriləməsi sayəsində mümkün olub.


FIFA reytinqinin ilk pilləsində İspaniya (1880.76 xal) yer alıb.