
Millimiz Belarusla yoxlama oyunu keçirəcək
- 10 Yan 2025 13:20
- 209
Futbol üzrə Azərbaycan millisi Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Qarşılaşma martın 25-də Bakıda baş tutacaq.
Görüşün başlama saatı və keçiriləcəyi stadion hələlik məlum deyil.