Millidə oynamaq üçün 120 min pul istəyib
- 11:00
- 45
"Neftçi"dən ayrılan Eddi İsrafilov ondan sonra millinin düşərgəsində də görünmədi.
Rekord.az xəbər verir ki, çoxları bunun futbolçuya təklif göndərilməməsi ilə bağlı olduğunu düşünüb.
Lakin bizim əldə etdiyimiz məlumata görə, İsrafilov "Neftçi"dən gedəndən sonra da milli komandadan dəvət alıb. Lakin o, dəvət qəbul etməyin qarşılığında pul istəyib. Söhbət 120 min dollardan gedir. Yəni 120 min dollar verin, gəlim millidə oynayım. AFFA isə futbolçunun tələbini qəbul etməyib və bununla da Eddinin Azərbaycan millisindəki karyerası bitib.