DÇ-2026-nın pley-off mərhələsinə vəsiqə qazanan Surinam millisinin yeni baş məşqçisi müəyyənləşib.


Rekord.az Surinam Futbol Assosiasiyasına istinadən xəbər veri ki, komandanın "sükanı arxasına" Henk ten Kate təyin edilib.


"Ayaks"da çalışmış 71 yaşlı niderlandlı mütəxəssis daha əvvəl sözügedən millidə köməkçi məşqçi kimi fəaliyyət göstərib.


Surinam millisi DÇ-2026-nın pley-off mərhələsində Boliviya ilə üz-üzə gələcək. Bu matçın qalibi İraq yığması ilə münasibətlərə aydınlıq gətirəcək. Bu görüşün qalibi isə mundialın final mərhələsində I qrupunda yer alacaq.


Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada reallaşacaq.