“Çelsi"nin sabiq baş məşqçisi Avram Qrantın yeni iş yeri məlum olub.

Rekord.az xəbər verir ki, israilli mütəxəss Zambiya millisinin baş məşqçisi təyin olunub.

Bu barədə Zambiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 67 yaşlı məşqçi ilə 2 illik müqavilə imzalanıb.

Xatırladaq ki, "Çelsi”dən ayrıldıqdan sonra “Portsmut”, “Vest Hem”, “Partizan” kimi klublarda çalışmış Qrant, daha əvvəl də Afrikada işləyib. O, 2014-17-ci illər aralığında Qana millisinin baş məşqçisi olub. Qrant 2018-ci ildən işsiz idi.