“Milan”ın hücumçusu Santiaqo Ximenes ayaq biləyindən əməliyyat etdirəcək.


Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyatın məqsədi sümüyün bərpasıdır.


Futbolçunun təxminən 6 həftə sonra meydanlara qayıda biləcəyi gözlənilir. 


Meksikalı hücumçu bu mövsüm A seriyasında 9 matçda iştirak edib və qol vura bilməyib.