
“Milan”da yeni müqavilə
- 09 İyl 2021 22:00
- 599
“Milan” klubu futbolçusu Davide Kalabriya ilə yeni müqavilə imzalayıb.
Rekord.az xəbər verir ki, bu barədə “qırmızı-qaralar”ın mətbuat xidməti məlumat yayıb.
24 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.
Kalabriya “Milan”ın yetirməsidir. Müdafiəçi 2015-ci ilin yayından əsas komandada çıxış edir.