
Metro "Qarabağ"a görə 1 saat artıq işləyəcək
- 02 Noy 2022 02:04
- 390
“Qarabağ” Avropa Liqasının qrup mərhələsində "Frayburq"la qarşılaşmanın gec başa çatacağı ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisinin müraciəti müsbət cavablandırılıb.
Oyun günü noyabrın 3-dən 4-nə keçən gecə metronun “Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyaları saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
Qeyd edək ki, noyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Frayburq” matç saat 21:45-də başlayacaq.