
Messili “İnter Mayami”dən darmadağın
- 16:00
- 46
"İnter Mayami" MLS matçında "Atlanta Yunayted"i 4:0 hesabı ilə məğlub edib.
Rekord.az xəbər verir ki, görüş Fort-Loderdeyldə "Çeyz" stadionunda keçirilib.
Qaliblər adına vaxtilə İspaniyanın "Barselona" klubunda birlikdə çıxış edən Lionel Messi, Yordi Alba və Luis Suares qol vurublar. Həmçinin Messinin hesabında bir məhsuldar ötürmə də var.
MLS-də növbəti matçda "İnter Mayami" "Neşvill" ilə qarşılaşacaq, "Atlanta" isə "DC Yunayted" ilə oynayacaq. Qarşılaşmalar oktyabrın 19-da keçiriləcək.