Fransa millisinin futbolçusu Teo Hernandes DÇ-2022-nin finalında Argentinaya qarşı keçirəcəkləri oyun haqda danışarkən Messidən qorxmadığını bildirib.

Rekord.az xəbər verir ki, müdafiəçi Messidən qormadıqlarını açıqlasa da, Argentina millisindən çəkindikləri hər kəlməsindən hiss olunur: "Matça tam hazır olmalıyıq, bütün fikrimiz finala yönlib. Messidən qorxmuruq, amma deyim ki,mArgentinanın inanılmaz heyəti var. Hazırlaşmaq üçün bir neçə günümüz qalıb və daha yaxşı hazırlaşmalıyıq".

Dekabrın 18-də keçiriləcək Argentina - Fransa matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.