“Şahdağ Qusar” növbəti transferini reallaşdırıb.


Rekord.az xəbər verir ki, əyalət təmsilçisi anqolalı Xose Kristovao Zenqo ilə anlaşıb.


21 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik sözləşmə imzalanıb. 


Xose Kristovao ölkəsinin ən köklü klublarından sayılan “Petro Luanda”nın yetirməsidir. Messias ləqəbi ilə tanınan futbolçu daha sonra Portuqaliyanın “Vizela” və Xorvatiyanın “Kustosiya” komandalarında forma geyinib.