
Messi və Ramos arasındakı insidentin səbəbi
- 26 İyl 2022 14:45
- 464
PSJ-nin ulduzları - Lionel Messi və Serxio Ramos arasında insident baş verib.
Rekord.az xəbər verir ki, Messi məşqdə kobud oyuna görə komanda yoldaşına əsəbiləşib.
Lakin 36 yaşlı müdafiəçi onu sakitləşdirməyi bacarıb.
Hər iki oyunçu bir il əvvəl Paris təmsilçisinə keçib. Ramos 2005 - 2021-ci illərdə "Real"da, argentinalı forvard isə 2004-2021-ci illərdə "Barselona"da çıxış edib.