
Messi PSJ rəhbərliyinə nə söz verib?
- 22 Dek 2022 11:00
- 334
Argentina millisinin kapitanı Lionel Messi PSJ-də qalacaq.
Rekord.az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.
35 yaşlı hücumçu Paris təmsilçisinin rəhbərliyinə söz verib ki, gələn ilin iyununda başa çatacaq müqaviləni ən azı 2024-cü ilin yayına qədər uzadacaq.
PSJ rəhbərliyi ilə futbolçunun agentləri arasında danışıqlar təxminən 3 aya yaxın davam edib və tərəflər arasında tam razılıq dekabrın əvvəlində, Qətərdə keçirilən dünya çempionatı vaxtı əldə olunub.