Xorvatiya millisinin futbolçusu Luka Modriç DÇ-2022-nin yarımfinalında Argentinaya 0:3 hesabı ilə uduzuqları oyundan sonra rəqib komandanın kapitanı Lionel Messi ilə arasındakı dialoqla bağlı mətbuata açıqlama verib.

Rekord.az xəbər verir ki, Modriç argentinalının onlar haqda xoş sözlər söylədiyini bildirib: "Messi bildirdi ki, siz əla insanlarsınz. Mən də öz növbəmdə ona və Argentina millisinə final görüşündə uğurlar arzuladım. Məncə, biz gələcək çempionlara uduzduq. Messi və komandası əla formadadır və mən bunu onun özünə də dedim. O isə gülərək dedi ki, final üçün də əlavə güc saxlayıb".