
Messi MLS-in müntəzəm mövsümünün bombardiri oldu
- 15:40
- 38
Argentina millisinin və "İnter Mayami" klubunun hücumçusu Lionel Messi ABŞ-nin əsas futbol liqası olan MLS-in müntəzəm çempionatında bombardir olub.
Rekord.az xəbər verir ki, mövsümün son oyununda "Neşvilla" ilə qarşılaşan "İnter Mayami" 5:2 hesabı ilə qalib gəlib.
Qarşılaşmada Messi het-trik edərək komandasının qələbəsində əsas rol oynayıb.
Bununla da o, 29 qolla çempionatın bombardiri adını qazanıb.
"İnter Mayami" Şərq Konfransında üçüncü yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazanıb.
Komanda bu raundda yenidən "Neşvilla" ilə qarşılaşacaq. Seriya iki qələbəyədək davam edəcək, ilk oyun oktyabrın 24-də Mayamidə keçiriləcək.
Qeyd edək ki, 38 yaşlı Messi 2023-cü ildən "İnter Mayami"nin heyətində çıxış edir.