Messi: "Heç bir bəhanə yoxdur"
- 23 Noy 2022 10:33
- 334
Argentina millisinin futbolçusu Lionel Messi DÇ-2022-nin qrup mərhələsinin ilk turunda Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bildirib.
Rekord.az "Daily Express"ə istinadən xəbər verir ki, 35 yaşlı hücumçu deyib: “Heç bir bəhanə yoxdur. Biz həmişəkindən daha çox birləşəcəyik. Bu komanda güclüdür və bunu göstərəcəyik. Bu, çoxdandır rastlaşmadığımız vəziyyətdir. İndi Argentina millisi əsl komanda olduğumuzu nümayiş etdirməlidir.
Səhvlərimizi düzəltməli və məqsədə çatmağa çalışmalıyıq. Mən yaxşıyam, amma nəticədən məyus oldum".