Argentina millisinin kapitanı Lionel Messi dünya çempionluğunu kimə həsr etdiyini açıqlayıb.

Rekord.az xəbər verir ki, o, sosial şəbəkə hesabında bu barədə yazıb:

“Bu mükafatı məndən əvvəl qazana bilməyən həmvətənlərimə həsr edirəm. Bizi yuxarıdan izləyən Dieqo Maradonaya və milliyə dəstək olan hər kəsə həsr edirəm. Bəzən plana uyğun getməyən nəticələrə yox, oyunun məzmununa baxan insanlara hədiyyə edirəm".

Xatırladaq ki, Argentina finalıda Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub.