Məşhur futbolçu karyerasını başa vurdu
- 16 Dek 2022 23:08
- 402
Futbol üzrə Peru millisinin sabiq hücumçusu Cefferson Farfan peşəkar karyerasını baş vurub.
Rekord.az xəbər verir ki, təcrübəli hücumçu 38 yaşında futbolla vidalaşıb.
Farfan 2021-ci ilin martından ölkəsinin "Alyansa Lima" klubunun formasını geyinirdi. O, Niderlandın PSV, Almaniyanın "Şalke" və Rusiyanın "Lokomotiv" (Moskva) klublarında da çıxış edib. Yığmada 102 oyun keçirən futbolçu 27 qola imza atıb.